29 Aprel 2025, 12:01
Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək
Təranə Əhmədova bildirib ki, sualların orta ağırlığına görə bölünməsi həyata keçiriləcək.
Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək şəkil
Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək

“Sertifikasiya imtahanlarında dəyişiklik olacaq, təkmilləşmə aparılacaq”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

O bildirib ki, sualların orta ağırlığına görə bölünməsi həyata keçiriləcək: “Kredit ballarının toplanması və hesablanmasına dair tələblər Səhiyyə Nazirliyi tərəfindən hazırlanır. Kredit fəaliyyətləri, davamlı peşəkar inkişaf tədbirləri çox genişdir. Onlar imkan verəcək ki, tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artırsın. Özəl və dövlət sektorunda fərq olmayacaq, bu qərarlar bütün tibb müəssisələrinə bu qərarlar şamil olunacaq”.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb