29 Aprel 2025, 17:49
Ceyhun Bayramov ilə Stiven Dauti arasında telefon danışığı olub
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov ilə Stiven Dauti arasında telefon danışığı olub şəkil
Ceyhun Bayramov ilə Stiven Dauti arasında telefon danışığı olub

 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.

Bu barədə  Operativ Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb.
 

Nazir Ceyhun Bayramov Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran əsas maneələrdən bəhs edib. Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarından imtina edilməsinin Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb