30 Aprel 2025, 07:21
Tramp: Çinlə razılaşacağıq
ABŞ prezidenti Donald Tramp Çinlə razılaşacaqlarını bildirib.
Tramp: Çinlə razılaşacağıq şəkil
Tramp: Çinlə razılaşacağıq

ABŞ prezidenti Donald Tramp Miçiqan ştatında etdiyi çıxışda ikinci müddətinin ilk 100 gününü dəyərləndirib.

Operativ Media xəbər verir ki, prezident olduğu ilk 100 gündə xüsusilə sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı mühüm addımlar atdığını ifadə edən Tramp, “100 gündə Vaşinqtonda təxminən 100 ilin ən radikal dəyişikliyini etdik” deyə bildirib.

Çıxışının böyük hissəsini sərhəd təhlükəsizliyini təmin etmək üçün atdıqları addımlar və iqtisadiyyatda etdiklərini danışmağa sərf edən Tramp, təxminən 3 ay ərzində həm daxili, həm də xarici siyasətdə mühüm işlər gördüklərini bildirib.

Çinə tətbiq edilən tariflərlə bağlı Tramp, “Dünya tarixinin ən böyük iş oğurluğuna son qoyuruq” deyib. 

Bununla belə, Tramp bunun Çinlə anlaşmayacaqları anlamına gəlmədiyini vurğulayaraq, "Hal-hazırda tarif 145 faizdir, ona görə də əslində sıfırla arasında böyük fərq var, amma düşünürəm ki, bu, nəticə verəcək. Onlar razılaşmaq istəyirlər və biz də edəcəyik, amma ədalətli bir razılaşma olacaq" deyə bildirib.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb