30 Aprel 2025, 12:56
Şahbaz Şərif BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
Pakistanın Baş naziri BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib.
Şahbaz Şərif BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib şəkil
Şahbaz Şərif BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şərif və BMT-nin Baş katibi Antonio Quterriş telefon danışığı zamanı regionda baş verən son hadisələri müzakirə ediblər.

Operativ Media xəbər verir ki, Şahbaz Şərif söhbət zamanı Pakistanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini təkrarlayaraq, ölkəsinin bu istiqamətdə atdığı əhəmiyyətli addımları xatırladıb.

Dehlinin İslamabada qarşı son iddialarını “əsassız” adlandıran Baş nazir Pakistanı Pahalqam hadisəsi ilə əlaqələndirmək cəhdlərini qəti şəkildə rədd edib.

Şahbaz Şərif, həmçinin Hindistanın Hind çayı hövzəsinə silah yerləşdirməsinin qəbuledilməzliyini, suyun 240 milyon pakistanlı üçün həyat mənbəyi olduğunu qeyd edərək, Dehlinin hər hansı ehtiyatsız hərəkəti halında ölkəsinin suverenliyini və ərazi bütövlüyünü tam gücü ilə müdafiə edəcəyini bildirib.

BMT-nin rəhbəri isə Pakistanın regiona sülh gətirmək səylərini yüksək qiymətləndirib və hazırkı kritik zamanda dünyanın hər hansı bir gərginliyə tab gətirə bilməyəcəyini vurğulayıb.

Son xəbərlər
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq
Prezident İlham Əliyevin Macarıstana səfəri - YENİLƏNİR
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir
Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir