Menyu

Özbəkistan Senatı Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan Senatı Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan Senatı Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiyasını həyata keçirib.

Operativ Media-nın Senatın internet səhifəsinə istinadən xəbər verir ki, bu barədə qərar Ali Qanunverici Orqanın bugünkü iclasında qəbul olunub.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında 2024-cü il, avqustun 23-də Daşkənd şəhərində imzalanıb.

Bildirilib ki, müqavilənin ratifikasiyası ölkələr arasında qarşılıqlı etimadı, eləcə də dostluq və strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, habelə siyasi, ticari-iqtisadi münasibətlərin genişləndirilməsi üçün münbit şərait yaradacaq.

Müqavilə eyni zamanda ölkələrimizin regionları arasında birbaşa əlaqələrin möhkəmlənməsi ilə yanaşı, həm də logistika, energetika, sənaye, təhsil və turizm sahələrində əlaqələrin genişlənməsinə yol açacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər