Menyu

Ronaldo “Qızıl top”un gələcək qalibinin adını açıqladı

Ronaldo “Qızıl top”un gələcək qalibinin adını açıqladı

Bir çox futbol təşkilatı, mütəxəssis və idmançının fikrincə, futbol tarixinin ən yaxşı oyunçularından biri olan Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Qızıl top”un gələcək qalibi barədə proqnozunu açıqlayıb. "Operativ Media" xəbər verir ki, onun fikrincə səsvermədə “Real Madrid”in fransalı hücumçusu Kərim Benzemanın qalib gəlmək şansı çoxdur.

“Düşünmürəm ki, Benzemanın məğlub olmaq şansı olsun. Onun nüfuzlu göstəriciləri var və Çempionlar Liqasında qol vurmaqdan həzz alır. Başqası qalib gələ bilərmi? Nəzəri olaraq, bəli, amma Benzemanın keçən mövsüm etdiyi şey digər oyunçuların nailiyyətlərindən çox fərqlidir”, - deyə Ronaldo bildirib.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də baş tutacaq.

Bundan əvvəl Benzema Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər