Menyu

ABŞ-nin maliyyə naziri: Razılaşma ilə Ukraynada iqtisadi maraqlarımızı nümayiş etdiririk

Əziz Əzizli
ABŞ-nin maliyyə naziri:  Razılaşma ilə Ukraynada iqtisadi maraqlarımızı nümayiş etdiririk

Kiyevlə mineral ehtiyatlara dair sövdələşmə bağlamaqla Vaşinqton Ukraynada öz iqtisadi maraqlarını nümayiş etdirməyə çalışır.

Operativ Media xəbər verir ki, bu barədə çərşənbə günü "Fox News" telekanalında ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Donald Tramp hər iki tərəfin danışıqlar masası arxasına əyləşməsini istəyir və ABŞ-nin Ukraynada iqtisadi maraqlarının olduğunu göstərir”, - ABŞ Maliyyə Nazirliyinin rəhbəri deyib.

Bessent həmçinin hesab edir ki, Kiyev və Vaşinqton tərəfindən sazişin imzalanması “Rusiya rəhbərliyinə siqnal” verəcək. "Bu, həm də Amerika vətəndaşları üçün bir siqnal olacaq. Ayrılan vəsait və hərbi yardım üçün kompensasiya almaq şansımız var", - nazir əlavə edib.

Teqlər:

"AB\u015e-nin maliyy\u0259 naziri: Raz\u0131la\u015fma il\u0259 Ukraynada iqtisadi maraqlar\u0131m\u0131z\u0131 n\u00fcmayi\u015f etdiririk"

Əlaqəli Xəbərlər