Aİ-nin sammiti 1 dəqiqəlik sükutla başlayıb

Nərmin Qocamanlı
Aİ-nin sammiti 1 dəqiqəlik sükutla başlayıb

Avropa İttifaqının sammiti Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

"Operativ Media" xəbər verir ki, Aİ ölkələrinin liderləri Ukraynaya dəstək, immiqrasiya və iqtisadiyyat kimi məsələləri müzakirə etmək üçün Brüsseldə fövqəladə zirvə toplantısı keçiriblər.

İclasa sədrlik edən Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin sözçüsü Barend Leyts iclasın bir dəqiqəlik sükutla açıldığını bildirib.

Leyts, "Avropa Şurasının fövqəladə iclası Türkiyə və Suriyanı vuran zəlzələdə həyatını itirənlər üçün bir dəqiqəlik sükutla başladı."- bilidirib.

Digər xəbərlər