01 May 2025, 15:08
Azərbaycan və Şimali Makedoniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Şimali Makedoniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib şəkil
Azərbaycan və Şimali Makedoniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

1 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Operativ Media-ya verilən məlumata görə. görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişaflar müzakirə olunub.

Ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən razılıq ifadə olunub, dövlətlərarası dialoqun davam və inkişaf etdirilməsində Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan təbii qazı ilə təchiz olunan ölkələr sırasına Şimali Makedoniyanın qoşulması məmnunluqla xatırlanıb.

Xalqlarımız arasında əlaqələrin gücləndirilməsi və eləcə də dövlətlərarası münasibətlərə əlavə dəyər qatılması xüsusunda humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət və turizm kimi sahələr üzrə mübadilələrin təşviqinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikasının Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Şimali Makedoniya tərəfindən isə xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovski rəhbərlik edib.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb