
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Türkiyədə baş verən zəlzələlərlə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı və həmrəylik məktubu göndərib.
"Operativ Media" xəbər verir ki, Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Liderlər Ərdoğana ünvanlanmış məktub da dərc ediblər. Məktubda deyilir: “Xalqınız ürəkağrıdan bir sınaqdan keçir. Aİ liderləri zəlzələlərdə həyatını itirənlərə başsağlığı verib.
Düşüncələrinin yaxınlarını itirənlərlə, yaxınlarından xəbər gözləyənlərlə olduğunu bildirən Aİ liderləri yaralılara tezliklə şəfa diləyib və zamanla yarışan xilasetmə qruplarının əməyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Liderlər “Aİ və üzv ölkələr bu faciə qarşısında Türkiyə və Suriya xalqları ilə tam həmrəydir” - deyə qeyd edilib.