02 May 2025, 11:38
Nepal Prezidenti Elnur Məmmədovu qəbul edib
Nepal Prezidenti Azərbaycan XİN rəhbərinin müavinini qəbul edib.
Nepal Prezidenti Elnur Məmmədovu qəbul edib şəkil
Nepal Prezidenti Elnur Məmmədovu qəbul edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Nepal Prezidenti Ramçandra Paudel tərəfindən qəbul edilib.

Operativ Media xəbər verir ki, bu barədə Nepal mənbələri məlumat yayıb.

Bu gün Katmanduda Prezident sarayında keçirilən görüşdə Prezident Paudel iki ölkə münasibətləri arasında yeni inkişaf tempindən məmnunluğunu ifadə edib. Qeyd edək ki, Nepal və Azərbaycan arasında ilk siyasi məsləhətləşmə ötən çərşənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Məmmədovun gəlişindən sonra keçirilib.

2024-cü ilin noyabrında Azərbaycanda keçirilən Qlobal İqlim Konfransı COP-29-da Nepalı təmsil etdiyini xatırladan dövlət başçısı Nepal ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb