05 May 2025, 11:35
Belarus Qarabağda işlər üçün Azərbaycana "MAZ" avtomobili hədiyyə edib
Belarusun baş naziri Ağdam Sənaye Parkına baş çəkəcək.

Belarus Qarabağda işlər üçün Azərbaycana "MAZ" avtomobili hədiyyə edib.
Operativ Media xəbər verir ki, bu barədə Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin səfər proqramında bildirilir.
O, səfər çərçivəsində Qarabağa gedəcək və Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907S2-012 markalı avtomobil hədiyyə edəcək.
Qeyd edək ki,Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.
Xatırladaq ki, Belarus bundan əvvəl də Qarabağda işlər üçün Azərbaycana bir neçə traktor hədiyyə etmişdi.