Menyu

Tramp və Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

Əsəd Abbaslı
Tramp və Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

"Bu gün Amerika Birləşmiş Ştatlarının Prezidenti, hörmətli dostum Donald Trampla apardığımız telefon danışığı çox məhsuldar, əhatəli və səmimi oldu".

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Teleqram hesabında yazıb. 

"Görüşümüz zamanı Qəzzada, Suriyada humanitar vəziyyətin pisləşməsi, Rusiya-Ukrayna müharibəsi, qlobal ticarət, İran və ABŞ arasında davam edən danışıqlar və bir çox digər regional və qlobal məsələləri müzakirə etdik.

Biz cənab Trampla Türkiyə-ABŞ əlaqələrini, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində inkişaf etdirmək iradəmizi təsdiqlədik.

Prezident Trampın dünyamızda davam edən qarşıdurmalara və müharibələrə son qoymaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyimi və Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım.

Ən qısa zamanda dəyərli dostumu Türkiyədə qonaq etməkdən çox məmnun olacağımı bildirdim və o, bizi ABŞ-yə dəvət etdi.

Ümid edirəm ki, dostum Trampla tezliklə görüşəcəyəm və ümid edirəm ki, görüşümüz ölkələrimiz üçün faydalı olacaq", - deyə o, qeyd edib.

19:07

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb. 

Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. 

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. O, həmçinin həmkarını Türkiyəyə dəvət edib.

Teqlər:

"Tramp v\u0259 \u018frdo\u011fan aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər