06 May 2025, 13:17
Belarusun Baş naziri Füzulidə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatlandırılıb - YENİLƏNİB
Belarusun Baş naziri Füzulidə aparılan quruculuq işləri ilə tanış olub.
Belarusun Baş naziri Füzulidə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatlandırılıb - YENİLƏNİB şəkil
Belarusun Baş naziri Füzulidə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatlandırılıb - YENİLƏNİB

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Füzuli şəhərinə səfər edib.

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.

Qonağa hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var.

Aleksandr Turçin, həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Füzulidə törədilən dağıntılar, rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq-tikinti işləri haqqında məlumatlandırılıb. Bildirilib ki, 30 illik işğal dövründə digər ərazilərimiz kimi, Füzuli şəhəri də talanıb, viran qoyulub. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən dərhal sonra bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və artıq keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Yeni salınan şəhərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edilib və təhsil ocağı 960 şagird yerlikdir.

Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş qazax xalqının hədiyyəsidir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetirilir.

Sonra Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonuna yollanıblar.

***

12:41

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin erməni işğalından azad edilən Füzuli rayonuna gəlib.

Operativ Media xəbər verir ki, Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb.

Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.

Son xəbərlər
"Mançester Yunayted" Ruben Amorimlə bağlı qərarını verib
Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18