Menyu

9 may paradına 29 ölkənin lideri qatılacaq

Əsəd Abbaslı
9 may paradına 29 ölkənin lideri qatılacaq

Mayın 9-da Moskvada keçiriləcək İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş paradda 29 xarici ölkənin lideri iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bu liderlər Rusiya tərəfindən rəsmi şəkildə dəvət olunub və onların əksəriyyəti parad üçün Moskvaya gələcəyini təsdiqləyib.

Xarici qonaqlar üçün mayın 8-də Kreml sarayında xüsusi rəsmi qəbul da təşkil olunacaq.

Paradda iştirak edəcək ölkələr:

Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Efiopiya və sair.

Şimali Koreya isə tədbirdə səfir səviyyəsində təmsil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər