07 May 2025, 21:09
Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib
Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini deyib.
Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib şəkil
Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Operativ Media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Söhbət zamanı Hindistan və Pakistan arasındakı gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və hazırkı hadisələr müzakirə edilib.

Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

O, Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.

Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini deyib.

Son xəbərlər
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb