Menyu

Baş həkim: Azərbaycanda 4 100 nəfər talassemiya daşıyıcısıdır

Baş həkim: Azərbaycanda 4 100 nəfər talassemiya daşıyıcısıdır

Hazırda Azərbaycanda 4 100 nəfər talassemiya daşıyıcısıdır.

Operativ Media xəbər verir ki, bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.

Onun sözlərinə görə, 3 200 nəfər isə rəsmi qeydiyyatdadır.

S.İsmayılova əlavə edib ki, bu xəstəlikdə cins nisbəti bərabərdir, yaş aralığı isə xəstəliyin növünə görə dəyişə bilir:

"2015-ci ildən ölkədə nikaha daxil olan cütlüklərdən bu xəstəliyin analizləri tələb olunur. Elə bu müayinələr nəticəsində bəlli olub ki, əhalinin 4 faizi daşıyıcıdır".

Baş həkim bildirib ki, nəticlərdən onu deməyə əsas verir ki, iki daşıyıcı bir- biri ilə evlənərsə 25 faiz ehtimalla xəstə uşaq doğular, 25 faiz ehtimalla sağlam, 50 faiz ehtimalla isə ana və ata kimi daşıyıcı doğulacaq:

"Qohum nikahlarına qoyulan məhdudiyyətlər də işimizi asanlaşdırır. Bildiyiniz kimi bir çox irsi xəstəliklərin başlıca səbəbi məhz qohum evlilikləri idi".

Report

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər