10 May 2025, 21:17
İraqda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dəyirmi masa təşkil edilib
İraqda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dəyirmi masa təşkil edilib şəkil
İraqda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dəyirmi masa təşkil edilib

Mayın 10-da Azərbaycanın İraqdakı səfirliyində bu ölkənin aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Səfirlikdən Operativ Media-ya bildirilib ki, tədbirdə müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə dair tədbir iştirakçılarına ətraflı məlumat verib.

Aparıcı beyin mərkəzlərinin rəhbər şəxslərinin iştirakı ilə təşkil edilmiş dəyirmi masada Elnur Məmmədzadə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz xidmətləri, ölkəmizin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib