10 May 2025, 23:22
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib şəkil
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov mayın 10-da Azərbaycanın bu şəhərdəki Baş konsulluğunu ziyarət edib.

Operativ Media xəbər verir ki, ziyarət zamanı qubernator Aleksandr Beqlov Ümummilli Liderin xatirə guşəsi önünə gül dəstələri düzərək dərin ehtiramını bildirib, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb və Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olub.

Həmin gün Baş konsulluğun əməkdaşları Ümummilli Liderin 1949–1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbinin binasında yerləşən barelyefini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib və önünə gül dəstələri düzüblər.

Son xəbərlər
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
Sabah hava necə olacaq?
“Araz-2025” birgə təlimi uğurla başa çatıb - VİDEO
22 May 2025, 12:22
Bakı metropolitenində pik saatlarda interval azaldılıb
Darvin Nunes İspaniya klubunda oynamaq istəyir
İsrail səfiri: Azərbaycan yəhudi icmasının müdafiəsinə sadiqdir
İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin olunub