Ermənistan və Rusiya xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər
Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər üçtərəfli sazişlərin həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasının vacibliyini müzakirə ediblər. Söhbət zamanı həmçinin nəqliyyat-iqtisadi əlaqələrin blokunun açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyinə toxunulub.
Teqlər:
"Lavrov və Mirzoyan arasında telefon danışığı olub"