12 May 2025, 08:23
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.