12 May 2025, 13:35
Midyenin sağlamlığa faydaları və zərərləri
Midyenin sağlamlığa faydaları və zərərləri şəkil
Midyenin sağlamlığa faydaları və zərərləri

Midye iki taylı qabığa malik olan, dənizlərdə yaşayan bir molyusk növüdür. Onlar əsasən qayalı sahillərdə, qumlu diblərdə və ya dalğalardan qorunan bölgələrdə tapılır. Midyelər öz bədənlərini sərt qabıqlarının arasında qoruyur və əsasən planktonla qidalanan filtratordur, yəni sudan keçirdikləri mikroorqanizmlərlə qidalanırlar.

Operativ Media-nın xəbərinə görə, midye xüsusilə Aralıq dənizi və Ege mətbəxlərində çox sevilir və geniş istifadə olunur.

Midyenin Faydaları

Midye yalnız ləzzətli deyil, həm də bəzi qida dəyəri baxımından faydalı bir dəniz məhsuludur:

Zülal baxımından zəngindir: Midye yüksək keyfiyyətli heyvani zülalla zəngindir və bu, əzələ quruluşu və bədən toxumalarının bərpası üçün faydalıdır.

Dəmir və B12 vitamini mənbəyidir: Xüsusilə anemiya riski olan insanlar üçün midye əla bir dəmir və B12 vitamini qaynağıdır.

Omega-3 yağ turşuları ehtiva edir: Ürək-damar sağlamlığını dəstəkləyən bu yağ turşuları beyin funksiyalarına da müsbət təsir edir.

Aşağı kalorilidir: Midyelər az yağlı və aşağı kalorili qida olduqları üçün pəhriz saxlayanlar üçün münasibdir.
 

Midyenin zərərləri və riskləri

Midyə istehlakı ilə bağlı bəzi risklər də mövcuddur və bu səbəbdən diqqətli olmaq vacibdir:

Çirklənmiş sudan toplanmış midyelər təhlükəli ola bilər: Midyelər filtrasiya yolu ilə qidalandıqları üçün ətraf mühitdəki toksinləri və bakteriyaları yığa bilirlər. Xüsusilə sənaye tullantılarının çox olduğu sularda toplanmış midyelərdə ağır metallar və zərərli mikroorqanizmlər tapıla bilər.

Qida zəhərlənməsi riski: Təzə olmayan və ya düzgün saxlanılmamış midyelər salmonella, vibrio və digər zəhərləyici bakteriyalarla yoluxmuş ola bilər.

Alergik reaksiyalar: Dəniz məhsullarına qarşı allergiyası olan şəxslərdə midye ciddi allergik reaksiyalara səbəb ola bilər.

Parazit və toksin təhlükəsi: Xüsusilə bişirilmədən yeyilən midyələrdə parazit və ya sinir sisteminə təsir edən "paralitik qabıqlı zəhərlənməsi" kimi hallar müşahidə oluna bilər.

Son olaraq qeyd edək ki, midye həm dadlı, həm də qida dəyəri yüksək olan bir dəniz məhsuludur. Lakin onun təhlükəsiz şəkildə istehlakı üçün təmiz, etibarlı mənbədən əldə olunması və düzgün bişirilməsi çox önəmlidir. Əgər bu şərtlərə əməl olunarsa, midyə sağlamlıq üçün faydalı və zəngin bir qida ola bilər. Əks halda isə sağlamlıq üçün ciddi risk daşıya bilər.

Son xəbərlər
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu
İtaliyanın xarici işlər naziri İsrailin İrana hücumundan sonra təcili iclas çağırıb
BƏƏ İsrailin İrana hücumunu pisləyib
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib
ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu baş tutmayacaq