Menyu

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycana səfər edib

Əsəd Abbaslı
Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycana səfər edib

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Məmiş Azərbaycanda rəsmi səfərdədir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib.

“Milli Təhlükəsizlik Şurasının baş katibi Vali Okay Məmiş Azərbaycana rəsmi səfəri çərçivəsində səfirimiz Birol Akgünə nəzakət ziyarəti edib”, – Bakıdakı diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Məmiş Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin rəhbəri olub. O, MTŞ baş katibi vəzifəsinə bu ilin fevral ayında təyin olunub.

Teqlər:

"T\u00fcrkiy\u0259nin Milli T\u0259hl\u00fck\u0259sizlik \u015euras\u0131n\u0131n ba\u015f katibi Az\u0259rbaycana s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər