Menyu

Türkiyənin Milli Müdafiə naziri Bakıda Zəfər abidəsini ziyarət edib

Türkiyənin Milli Müdafiə naziri Bakıda Zəfər abidəsini ziyarət edib

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər abidəsini ziyarət edib.

Operativ Media xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər Abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramını ifadə edib.

 

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

 

Teqlər:

"T\u00fcrkiy\u0259nin Milli M\u00fcdafi\u0259 naziri Bak\u0131da Z\u0259f\u0259r abid\u0259sini ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər