Menyu

Yaşar Gülər Fəxri və Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini ziyarət edib

Yaşar Gülər Fəxri və Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini ziyarət edib

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib.

Operativ Media xəbər verir ki, nazir Ulu öndərin məzarı önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Yaşar Gülər daha sonra Şəhidlər Xiyabanı və Bakı Türk şəhidliyi abidəsində olub.

Nazir “Əbədi məşəl” abidəsinin önünə əklil qoyaraq Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.

Y.Gülər 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsini də ziyarət edib, abidə önünə əklil qoyub.

Teqlər:

"Ya\u015far G\u00fcl\u0259r F\u0259xri v\u0259 \u015e\u0259hidl\u0259r xiyaban\u0131n\u0131 T\u00fcrk \u015f\u0259hidliyi abid\u0259sini ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər