Menyu

KİV: İran dinc məqsədlər üçün uranın zənginləşdirilməsi üçün konsorsium təklif edir

Əziz Əzizli
KİV: İran dinc məqsədlər üçün uranın zənginləşdirilməsi üçün konsorsium təklif edir

Tehran Amerikanın sərmayəsi ilə uranın zənginləşdirilməsi məqsədilə Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaradılmasını təklif edib.

Operativ Media xəbər verir ki, Bu mənbələrə istinadən "The New York Times" məlumat yayıb.

Məlumata görə, bazar günü Omanda İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bu planı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffa təqdim edib. Bildirildiyinə görə, İran İslam Respublikası bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi yanaşır. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini qeyd edir.

İranın təklifində üçtərəfli nüvə konsorsiumunun yaradılması, Tehranın uranı 3,67 faizə qədər zənginləşdirməsi və mülki məqsədlərlə digər ərəb ölkələrinə tədarük etməsi nəzərdə tutulur. Bundan əlavə, İranın nüvə obyektlərində digər ölkələrdən, o cümlədən ABŞ-dən müşahidəçilərin iştirakı planlaşdırılır. Bu müqavilə 2015-ci il razılaşmasından fərqli olaraq, 15 illik müddətlə məhdudlaşmayacaq və qeyri-müəyyən vaxt üçün qüvvədə qala bilər.

Qeyd edək ki, mayın 11-də İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyəti həll etmək məqsədilə Omanın vasitəçiliyi ilə danışıqların dördüncü raundu keçirilib. Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü və dördüncü raund isə aprelin 26-da və mayın 11-də Omanın paytaxtında baş tutub. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Stiven Uitkoff rəhbərlik edib.

Teqlər:

"K\u0130V: \u0130ran dinc m\u0259qs\u0259dl\u0259r \u00fc\u00e7\u00fcn uran\u0131n z\u0259nginl\u0259\u015fdirilm\u0259si \u00fc\u00e7\u00fcn konsorsium t\u0259klif edir"

Əlaqəli Xəbərlər