Mqer Qriqoryan İran səfiri ilə regional məsələləri müzakirə edib
Nərmin Qocamanlı
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhanini qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Onlar Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyinin əsas məsələlərini, o cümlədən enerji və ticarət-iqtisadi sahələr üzrə əməkdaşlığı müzakirə ediblər.
Söhbət zamanı regional hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.