Menyu

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq şərtini açıqlayıb

Əziz Əzizli
İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq şərtini açıqlayıb

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılaşarsa, Tehran uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmağa və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından qurtulmağa hazır olacaq.

Operativ Media xəbər verir ki, bu barədə NBC televiziya şirkəti İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şamxaniyə istinadən məlumat yayıb .

Qeyd olunur ki, Tehran beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa da hazır olacaq və uranın sırf mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verəcək. Əli Şamxani ABŞ-nin öz bəyanatlarına uyğun hərəkət edəcəyinə ümid etdiyini bildirib və etiraf edib ki, bu halda Tehran və Vaşinqton arasında münasibətlər yaxşılaşa bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər