Menyu

KİV: Tramp Rusiya-Ukrayna danışıqları üçün Türkiyəyə getməyəcək

Əziz Əzizli
KİV: Tramp Rusiya-Ukrayna danışıqları üçün Türkiyəyə getməyəcək

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün Türkiyəyə getməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə mayın 14-də Amerika rəsmiləri arasında olan mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, administrasiya nümayəndəsi bu məlumatı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini təsdiqlədikdən sonra açıqlayıb. Tramp bundan əvvəl Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 15-də təsdiqlənmiş qrafikdən kənar İstanbula səfərini istisna etməmişdi.

Teqlər:

"K\u0130V: Tramp Rusiya-Ukrayna dan\u0131\u015f\u0131qlar\u0131 \u00fc\u00e7\u00fcn T\u00fcrkiy\u0259y\u0259 getm\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər