15 May 2025, 09:27
Limonlu çay faydalıdırmı?
Limonlu çay faydalıdırmı? şəkil
Limonlu çay faydalıdırmı?

Bir çox insan çaya limon əlavə etməyin sağlamlığa faydalı olduğuna inanır. Limonun immuniteti artırdığı, soyuqdəyməyə qarşı qoruduğu və enerji verdiyi düşünülür. Lakin mütəxəssislər bu vərdişin hər zaman faydalı olmadığını və bəzən sağlamlığa zərər verə biləcəyini vurğulayırlar.

Operativ Media limonlu çayın sağlamlığa mümkün mənfi təsirlərini araşdırıb:

Dişlərə Zərər Verə bilər

Limon diş və diş ətləri üçün faydalı olan C vitamini ilə zəngindir. Lakin stomatoloqlar çox miqdarda limonlu çayın dişlərə zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər. Turşulu içkilər diş minasına zərər verir. Limon suyunun pH səviyyəsi 2-3 civarındadır və bu dişlər üçün təhlükəli ola bilər. Qaynar suyun əlavə edilməsi isə bu təsiri daha da gücləndirir. Həkimlər hətta qazlı içkilərdən belə limonlu çayın dişlərə daha çox zərər verə biləcəyini bildirirlər. Bu səbəbdən diş həkimləri limonlu çay içdikdən sonra ağız boşluğunun su ilə yaxalanmasını məsləhət görürlər.

Mədə və bağırsaq xəstəlikləri üçün təhlükəlidir

Limonlu çay sitrus meyvələrinə qarşı allergiyası olan və mədəsində yüksək turşuluq səviyyəsi olan insanlar üçün uyğun deyil. Həmçinin hamilə qadınlar, xüsusilə ürəkbulanma və ya ürək yanmasından əziyyət çəkənlər üçün təhlükə yarada bilər. Limon turşusu mədənin selikli qişasını qıcıqlandıraraq vəziyyəti daha da pisləşdirə bilər. Bu səbəbdən öd daşı, qastrit və ya mədə xorası olan şəxslərin limonlu çay içməmələri tövsiyə olunur.

Acqarına içmək zərərlidir

Limonlu çayı ac qarına içmək məsləhət görülmür. Çayın içindəki meyvə turşusu, mədə şirəsi ilə reaksiyaya girərək mədə yanmasına səbəb ola bilər. Bundan əlavə çaydakı kofein mədədə xlorid turşusunun ifrazını artırır və bu tez-tez istehlak edildikdə mədə divarlarının iltihabına yol aça bilər.

Çay Növləri Haqqında Maraqlı Məlumatlar

Çay yalnız qara və yaşıl olmur. Çay yarpaqlarının fermentasiya dərəcəsinə görə altı əsas növə bölünür: qara, yaşıl, ağ, puer, oolong və sarı çay.

  • Qara çay: Tam fermentləşdirilmiş çaydır və ən güclü dad və rəngə malikdir.

  • Yaşıl çay: Demək olar ki, mayalanmamış çaydır və ən yüksək miqdarda antioksidant ehtiva edir.

  • Ağ çay: Ən zərif və ən az işlənmiş çay növüdür. Xüsusi şəraitdə qurudulur.

  • Oolong çayı: Yarı fermentləşdirilmiş çaydır və qara ilə yaşıl çay arasında "qızıl orta" hesab olunur.

  • Puer çayı: Xüsusi fermentasiya prosesindən keçmiş çaydır. Zamanla daha zəngin dad alır.

  • Sarı çay: Çində istehsal olunan və özünəməxsus mülayim dadı ilə tanınan nadir bir çay növüdür.

Hər bir çay növü yalnız dadına görə deyil, həm də sağlamlığa olan faydalarına görə fərqlənir. Məsələn oolong çayı yüksək antioksidant tərkibi ilə tanınır, puer çayı isə yağ yandırmağa kömək edə bilər.

Son xəbərlər
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir