Menyu

Yüksək qan təzyiqini necə stabil saxlamaq olar?

Nərmin Qocamanlı
Yüksək qan təzyiqini necə stabil saxlamaq olar?

Qan təzyiqi insan orqanizminin əsas fizioloji göstəricilərindən biridir. O qanın damar divarlarına göstərdiyi təzyiqi ifadə edir və birbaşa olaraq ürək-damar sisteminin fəaliyyəti ilə əlaqəlidir. Normal qan təzyiqinin qorunması sağlam həyat tərzinin əsas şərtlərindən sayılır. Lakin təzyiqin normadan kənara çıxması istər yüksək, istərsə də aşağı olması insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Qan təzyiqi niyə pozulur?

Qan təzyiqinin normadan yuxarı və ya aşağı olması bir sıra amillərlə əlaqəlidir. Məsələ ilə bağlı Operativ Media-ya danışan həkim-terapevt Nəbi Absalamov bildirir ki, təzyiqin stabilliyini təmin etmək üçün ilk növbədə onu pozan səbəblər aradan qaldırılmalıdır:

“Qan təzyiqini normada saxlamaq üçün onu yüksəldən və ya azaldan amillər aradan qaldırılmalıdır. 

Bu amillər aşağıdakılardır:

    •    Psixoloji gərginlik, əsəb və stress
    •    Piylənmə
    •    Zərərli vərdişlər, o cümlədən alkoqollu içkilərin qəbulu
    •    Böyrək problemləri
    •    Hormonal pozğunluqlar
    •    Həddindən artıq qida qəbulu və s.

Müalicə və düzgün yanaşma vacibdir

Həkimin sözlərinə görə, təzyiqin normallaşdırılması fərdi səbəblərə əsasən müxtəlif yollarla mümkündür:

“Əgər təzyiq hansısa xəstəliklə bağlıdırsa, məsələn, pasiyent artıq çəkidən əziyyət çəkirsə, arıqlamaqla təzyiq normallaşa bilər. Ürək problemi olan şəxslərdə isə düzgün müalicə ilə nəticə əldə etmək mümkündür.”

Təzyiqə təsir edən qidalar barədə yanlış fikirlər

Mütəxəssis qeyd edir ki, bəzi qidaların təzyiqə təsiri barədə cəmiyyətdə yanlış təsəvvürlər formalaşıb:

“Məsələn, çoxları hesab edir ki, limon qan təzyiqini aşağı salır, qoyun əti isə artırır. Bu təsir real olsa da, çox zəifdir. Qoyun ətinin təzyiqi artırması maksimum 10-15 mm civə sütunu, limonun isə onu azaltması təxminən 5-10 mm civə sütunu təşkil edir. Bu səbəbdən yalnız qida vasitəsilə təzyiqi nəzarətdə saxlamaq mümkün deyil.”

Həkim vurğulayır ki, əgər təzyiq dərmanı həkim tərəfindən təyin olunubsa, pasiyent mütləq şəkildə həmin dərmanı qəbul etməlidir:

“Xüsusilə yaşlı insanlarda təzyiqin altında əksər hallarda əlavə səbəblər olmur. Bu hal artıq arterial hipertenziya adlanır və belə hallarda birbaşa təzyiq salıcı preparatlar təyin olunur.”

Teqlər:

"Y\u00fcks\u0259k qan t\u0259zyiqini nec\u0259 stabil saxlamaq olar?"

Əlaqəli Xəbərlər