Menyu

Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Əsəd Abbaslı
Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

Operativ Media xəbər verir ki, dövlət başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Teqlər:

"Prezident \u0130lham \u018fliyevl\u0259 Albaniyan\u0131n Ba\u015f nazirinin i\u015f\u00e7i nahar \u0259snas\u0131nda g\u00f6r\u00fc\u015f\u00fc olub"

Əlaqəli Xəbərlər