Türkiyə Prezidenti: Pakistan və Hindistan arasında vasitəçilik etməyə hazırıq
Əziz Əzizli
Türkiyə Pakistan və Hindistan arasında Kəşmir məsələsi ilə bağlı ziddiyyətlərin həllinə yardım etmək üçün əlindən gələni etməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin Ankaranın uzun müddətdir davam edən problemin həllində vasitəçilik etməyə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
“Biz Kəşmir probleminin həlli üçün bütün səylərimizi göstəririk. Son hadisələrlə əlaqədar Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar apardıq. Allaha şükürlər olsun ki, onlar barışıblar və sakitlik mühiti təmin olunub. Gərginliyin yenidən artmasının qarşısını almaq üçün tərəflər mövcud problemlərin həllində təmkinli davranmalıdırlar. Biz istərdik ki, bu proses insan hüquqlarına əsaslanan yanaşma ilə həyata keçirilsin. Əgər tərəflər bizə bu istiqamətdə müraciət etsələr, biz sülh istəyirik, iki qonşu arasında heç bir gərginliyin yaşanmamasını arzulayırıq”, – deyə o bildirib.
Teqlər:
"T\u00fcrkiy\u0259 Prezidenti: Pakistan v\u0259 Hindistan aras\u0131nda vasit\u0259\u00e7ilik etm\u0259y\u0259 haz\u0131r\u0131q"