Kreml Putin və Zelenski görüşünün şərtini açıqladı
Əziz Əzizli
Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş ehtimalına dair açıqlama verib.
Operativ Media xəbər verir ki, o, belə bir görüşün yalnız nümayəndə heyətlərinin işi nəticəsində və müəyyən razılaşmalar əldə olunarsa baş tuta biləcəyini deyib.
“Belə bir görüş yalnız tərəflərin nümayəndə heyətlərinin işi nəticəsində, heyətlər arasında müəyyən razılaşmalar əldə olunarsa mümkündür. Bunun mümkün olduğunu düşünürük,” – deyə Peskov vurğulayıb.
Kreml sözçüsü əlavə edib ki, görüşün baş tutması üçün qarşılıqlı razılaşmalar şəklində konkret nəticələrin əldə olunması vacibdir.