Menyu

Donald Tramp Rusiya və Ukrayna liderləri ilə danışıqlar aparacaq

Nərmin Qocamanlı
Donald Tramp Rusiya və Ukrayna liderləri ilə danışıqlar aparacaq

ABŞ prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirib. 

Operativ Media xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkə hesabında paylaşım edib.

Trampın sözlərinə görə, danışıqların əsas mövzuları münaqişənin dayandırılması və ticarət məsələləri olacaq.

Tramp daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə, ardınca isə onunla birlikdə NATO-nun müxtəlif üzvləri ilə danışıqlar aparmağı planlaşdırır.

“Ümid edirəm ki, bu səmərəli olacaq, atəşkəs əldə olunacaq və heç vaxt baş verməməli olan bu dağıdıcı müharibə başa çatacaq”, – deyə Tramp bəyan edib.

 

Teqlər:

"Donald Tramp Rusiya v\u0259 Ukrayna liderl\u0259ri il\u0259 dan\u0131\u015f\u0131qlar aparacaq"

Əlaqəli Xəbərlər