Venesuela prezidenti Putin-Tramp telefon danışığını alqışlayıb
Əziz Əzizli
Venesuela Prezidenti Nikolas Maduro Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığını alqışlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvan Gil Pinto məlumat verib.
“Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukraynada sülhə nail olmaq planının həyata keçirilməsinin müzakirə olunduğu telefon danışığını alqışlayır”, – XİN rəhbəri özünün Telegram kanalında yazıb.
O, vurğulayıb ki, Venesuela lideri münaqişənin sülh yolu ilə həllində ilk addımın hərtərəfli təhlükəsizliyə tam zəmanət verən və Rusiya Federasiyasına qarşı hər hansı təhdidləri və ya düşmənçilik hərəkətlərini aradan qaldıran ədalətli və davamlı sülh arxitekturasının yaradılması üçün başlanğıc nöqtəyə çevrilməsinin tərəfdarıdır.
“Venesuela sülhə, ölkələr arasında dialoqa və xalqların təhdid və müdaxiləsiz yaşamaq hüququna sadiqliyini bir daha təsdiqləyir”, – İvan Gil bildirib.
Teqlər:
"Venesuela prezidenti Putin-Tramp telefon dan\u0131\u015f\u0131\u011f\u0131n\u0131 alq\u0131\u015flay\u0131b"