İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıb
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub.
Operativ Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı bildirib:
“İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Teqlər:
"\u0130lham \u018fliyev Budape\u015ftd\u0259 Erm\u0259nistan-Az\u0259rbaycan s\u00fclh prosesi bar\u0259d\u0259 dan\u0131\u015f\u0131b"