20 May 2025, 15:57
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir şəkil
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə 19–23 may tarixlərində Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü baş tutur.

Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub.

Bu gün, Baş prokuror Kamran Əliyev, Avropa Dövlət Prokurorluğunun Baş Prokurorunun müavini Petr Klementinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror görüş zamanı qanunun aliliyi və ədalətin təmin edilməsində Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Avropa Prokurorluğu arasında əlaqə mexanizminin yaradılması və gücləndirilməsinin vacibliyini qeyd edib.

Petr Klementin isə, görüşdə Azərbaycanda həyata keçirilən hüquqi islahatların və bu islahatların beynəlxalq hüquq və ədalət prinsipləri ilə uyğunluğunu müsbət qiymətləndirib. O, həmçinin, Azərbaycanın hüquqi sisteminin inkişafı istiqamətində atdığı addımları alqışlayıb və Avropa Prokurorluğunun bu islahatları dəstəkləməyə davam edəcəyini bildirib.

Görüşdə, bütün dünyada antikorrupsiya hüquq-mühafizə orqanları arasında birbaşa əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə edilib. Kamran Əliyev, GLOBE Şəbəkəsinin bu sahədəki əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu şəbəkə ilə əməkdaşlığını daha da inkişaf etdirməyə maraqlı olduğunu bildirib.

Bundan əlavə, hüquqi əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində bilik və təcrübə mübadiləsi, habelə beynəlxalq hüquq normalarına uyğun fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Görüş, Azərbaycan ilə Avropa İttifaqı arasında hüquqi əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım olub.

Son xəbərlər
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub