Menyu

Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları - NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün mayın 21-də ABŞ-nin Ohayo ştatının Dayton  şəhərinə səfər edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sessiya çərçivəsində seçkilərin kibertəhlükəsizliyinin gücləndirilməsi, transatlantik tərəfdaşlığa çağırış, cari və gələcək təhdidlərlə mübarizə, Dayton sazişlərinin imzalanmasının 30 illiyi, NATO və avtoritar ölkələrin birləşən bloku və digər mövzularda müzakirələr aparılacaq.
Səfər mayın 29-da başa çatacaq.

Teqlər:

"Milli M\u0259clisin deputatlar\u0131 NATO PA-n\u0131n sessiyas\u0131nda i\u015ftirak ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər