20 May 2025, 17:34
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY şəkil
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY

Azərbaycan-Macarıstan münasibətləri son illərdə qarşılıqlı əməkdaşlıq əsasında inkişaf edərək, yüksələn bir xətt üzrə irəliləyir. Bu münasibətlərin yaxşılaşdırılması hər iki ölkənin milli maraqlarına uyğun gəlir. Macarıstan hər zaman Azərbaycanın haqq-ədalət mübarizəsini dəstəkləyib və bu mübarizədə ölkəmizə öz dəstəyini göstərib. Hazırda Macarıstan Avropa İttifaqı (Aİ) çərçivəsində güclü mövqeyə sahib olan bir dövlətdir və bu dövlətin inkişafı, qonşu ölkələrlə əlaqələrinin möhkəmliyi və sağlam diplomatik münasibətləri nəticəsində iqtisadi inkişafına zəmin yaratmışdır.

Operativ Media xəbər verir ki, bu sözləri deputat Tahir Rzayev bildirib.

O bildirib ki, Azərbaycanla Macarıstan arasında kənd təsərrüfatı, iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələrdə imzalanan sənədlər, ikitərəfli əməkdaşlığı daha da gücləndirir:

"Cənab Prezidentin Budapeştdəki səfəri də xüsusi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində ölkənin Baş naziri Viktor Orban ilə səmimi görüşlər və müzakirələr keçirilib. Bu görüşlər hər iki ölkənin iqtisadi inkişafına və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinə töhfə verib. Prezident İlham Əliyev bu səfərdə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, Ermənistan-Azərbaycan arasında sülh prosesini müzakirə edib və Azərbaycanın sülh və əmin-amanlığın tərəfdarı olduğunu vurğulamışdır. O, Ermənistanı da bu mövqedən çıxış etməyə çağırmışdır.

Bu addım Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır və Azərbaycan Prezidenti bu məsələlərin həlli üçün öz səylərini əsirgəmir.

Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaq cəhdləri bu dövlətin Türk xalqlarına olan hörməti və rəğbətindən irəli gəlir. TDT-nin yığıncaqlarında Macarıstan nümayəndələri fəal iştirak edir, bu da Türk dünyasına göstərilən böyük diqqət və hörmətin göstəricisidir. Türk dövlətlərinin birliyi və həmrəyliyi gələcəkdə bu xalqların inkişafı üçün yeni imkanlar yaradacaq. Macarıstanın bu təşəbbüsü də təqdirə layiqdir və Türk dövlətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir".

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək:

“Azərbaycan və Macarıstan strateji münasibətlərə malik ölkələrdir. Nəzərə alsaq ki, Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verib, eyni zamanda fərqli platformalarda əməkdaşlıq nümayiş etdirib və qarşılıqlı dəstək göstəriblər, bunlar təbii ki, ölkələr arasında bir tərəfdən strateji əməkdaşlığın mövcud olduğunu, enerji tərəfdaşlığının inkişaf etdirildiyini göstərir. Digər tərəfdən iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları da kifayət qədər yüksəkdir. Çünki həm turizm, həm də investisiya cəlbi sahələrində ölkələrin əməkdaşlıq potensialı yüksək qiymətləndirilir. Gözlənilir ki, ümumilikdə mövcud əməkdaşlıq platforması çərçivəsində Prezident İlham Əliyevin səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək. Bu baxımdan bu səfər Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin və bütövlükdə strateji münasibətlərin dərinləşməsi baxımından yeni bir mərhələ olacaq”.

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib