Menyu

Ceyhun Bayramov Misirə yola düşüb

Nərmin Qocamanlı
Ceyhun Bayramov Misirə yola düşüb

12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.

Teqlər:

"Ceyhun Bayramov Misirə yola düşüb"

Əlaqəli Xəbərlər