Menyu

Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib

Əsəd Abbaslı
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə C.Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinin daha da irəlilədilməsi üçün konkret addımlar müzakirə edilib:

"Görüşdə regional prosesləri də qiymətləndirdik. Cənab Vəliyevə və onun nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm.

Qardaş Azərbaycanla əməkdaşlığımızı "bir millət, iki dövlət" anlayışı çərçivəsində, etimad və həmrəylik əsasında qətiyyətlə davam etdirəcəyik".

Teqlər:

"Cevdet Y\u0131lmaz \u018fdal\u0259t V\u0259liyevi q\u0259bul edib"

Əlaqəli Xəbərlər