Menyu

ABŞ dövlət katibi: İranla nüvə razılaşması asan olmayacaq, amma proses davam edir

Əziz Əzizli
ABŞ dövlət katibi: İranla nüvə razılaşması asan olmayacaq, amma proses davam edir

ABŞ Dövlət katibi Marko Rubio, ABŞ Konqresində Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə Dövlət Departamentinin 2026-cı il üçün büdcə tələbi ilə bağlı çıxış edib.

Operativ Media xəbər verir ki, o, çıxışında İranla bağlı mühüm açıqlamalar verib.

Rubio bildirib ki, ABŞ Prezidenti Donald Trump İran rəhbərliyinə bir “çıxış yolu” təklif edib. Onun sözlərinə görə, əgər Tehran bu təklifi qəbul etsə, ölkə hazırkı vəziyyətindən daha firavan bir gələcəyə sahib ola bilər.

Dövlət katibi, İranla nüvə danışıqlarının davam etdiyini və ABŞ-nin əsas prioritetinin İranın uranı zənginləşdirmə qabiliyyətinə sahib olmamasını təmin etmək olduğunu vurğulayıb.

Rubio qeyd edib: “Əgər bir dəfə uranı zənginləşdirmə qabiliyyətinə malik olsanız, bundan sonra onu silaha çevirmək o qədər də çətin deyil.”

Rubio həmçinin İranın dinc və mülki məqsədlərlə nüvə enerjisindən istifadə etməsinin başadüşülən olduğunu, lakin Tehranın israrla uranı zənginləşdirmə qabiliyyəti əldə etməyə çalışdığını bildirib.

“İranla nüvə razılaşması əldə etmək asan olmayacaq, amma hazırda iştirak etdiyimiz proses budur,” – deyə Rubio əlavə edib.

ABŞ rəsmisi onu da vurğulayıb ki, İranla razılaşma əldə olunana qədər bu ölkəyə qarşı tətbiq edilən bütün sanksiyalar qüvvədə qalacaq.

Teqlər:

"AB\u015e d\u00f6vl\u0259t katibi: \u0130ranla n\u00fcv\u0259 raz\u0131la\u015fmas\u0131 asan olmayacaq amma proses davam edir"

Əlaqəli Xəbərlər