Romualdo Conem: Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik
“Mozambik beynəlxalq əməkdaşlığı korrupsiya cinayətlərinin qarşısını almaq baxımından ən mühüm amil kimi dəyərləndirir. Bu tədbirdə iştirakımızın əsas məqsədləri isə digər ölkələrin anti-korrupsiya qurumları ilə əməkdaşlıq və qarşılıqlı etimadı gücləndirmək, eləcə də transsərhəd təhqiqatı sahəsində öz təcrübəmizi bölüşmək və yeni təcrübələr haqqında məlumat almaqdır. Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik və gözəl təcrübələr qazanmışıq”.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi- GLOBE Network-çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının iştirakçısı, Mozambikin Mərkəzi Anti-Korrupsiya Bürosunun nümayəndəsi Romualdo Conem deyib.
R.Conem Azərbaycanın çox gözəl və multikultural dəyərlərə sahib bir ölkə olduğunu da vurğulayıb.
Teqlər:
"Romualdo Conem: Biz art\u0131q GLOBE platformas\u0131ndan s\u0259m\u0259r\u0259li istifad\u0259 edirik"