Menyu

Özbəkistan Azərbaycan vətəndaşlarına ölkəyə daxili pasportla girişə icazə verməyi planlaşdırır

Özbəkistan Azərbaycan vətəndaşlarına ölkəyə daxili pasportla girişə icazə verməyi planlaşdırır

Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin "2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında" fərmanında öz əksini tapıb.

Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib.

Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.

Teqlər:

"\u00d6zb\u0259kistan Az\u0259rbaycan v\u0259t\u0259nda\u015flar\u0131na \u00f6lk\u0259y\u0259 daxili pasportla giri\u015f\u0259 icaz\u0259 verm\u0259yi planla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər