Menyu

Azərbaycan XİN İsrailə başsağlığı verib

Nərmin Qocamanlı
Azərbaycan XİN İsrailə başsağlığı verib
1 dəq oxu

"Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk".

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

"Biz qorxu və parçalanma səpmək istəyən bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

Əlaqəli Xəbərlər