Tramp Aİ-nin Ukraynada “şərtsiz” atəşkəs təklifini rədd edib
Əziz Əzizli
Ağ Ev rəhbəri Donald Tramp Vatikanda Ukrayna üzrə danışıqların nəticəsi olaraq Avropa İttifaqı liderlərinin “şərtsiz” atəşkəs təklifini rədd edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Mayın 19-da Donald Trampla telefon danışığında Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, İtaliyanın Baş naziri Corcio Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak ediblər. Qəzetin mənbələrinin məlumatına görə, liderlərdən bəziləri Vatikanda mümkün danışıqların nəticəsinin “şərtsiz” atəşkəs olması məsələsində israr ediblər. ABŞ Prezidenti isə öz növbəsində münaqişənin həlli üzrə aparılan danışıqlar kontekstində bu ifadənin “xoşuna gəlmədiyini” bildirib.
Bununla yanaşı, nəşrin qeyd etdiyinə görə, Tramp Avropa liderlərinə Rusiya Prezidenti Vladimir Putinin “qələbəyə doğru irəlilədiyinə inandığını” deyib.