http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ceyhun Bayramov “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransında iştirak edib - YENİLƏNİB

12 Fevral 2023 , 17:00
Ceyhun Bayramov  “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda  beynəlxalq konfransında iştirak edib - YENİLƏNİB

12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində ölkəmizin Qoşulmama Hərəkatının sədrliyi qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib. 

Konfransda çıxış edən nazir Ceyhun Bayramov, Fələstin məsələsinin beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnamə və müvafiq qətnamələrinə uyğun olaraq öz həllini tapmasının vacib olduğunu bildirilib. Bu xüsusda, məsələnin həlli istiqamətində beynəlxalq konsensusun əldə olunması üçün birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. 

Nazir Ceyhun Bayramov, Azərbaycanın Fələstin-İsrail münaqişəsinin iki dövlət modeli əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. 3 din üçün müqəddəs yerlərin yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin sülh şəraitində birgə yaşayışına töhfə verəcəyinə dair inam ifadə olunub.

Fələstin məsələsində Azərbaycanın İslam həmrəyliyinə sadiqliyinin nümunəsi kimi Fələstin Dövlətinə yardım məqsədilə bir çox beynəlxalq konfransa ev sahibliyi, həmçinin davamlı olaraq, xüsusilə COVID-19 pandemiyası ilə mübarizədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə dəstəyi xatırlanıb. 

Nazir Ceyhun Bayramov, həmçinin Konfrans iştirakçılarını post-pandemiya dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm fürsət kimi növbəti ay Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.

***

15:41

Daha sonra, konfrans iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO

Menyu