http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan və Qətər XİN başçıları görüşüb

12 Fevral 2023 , 17:06
Azərbaycan və Qətər XİN başçıları görüşüb

12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. 

"Operativ Media" xəbər verir ki, tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. 

Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib. 

Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb.

Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

XƏBƏR LENTİ
  • 15:37

    Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15:35

    Azərbaycan Kubokunun püşkü atıldı
  • 15:32

    Azərbaycan kubokunda mübarizə aparacaq komanda sayı bilindi
  • 15:24

    Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib
  • 15:16

    Oktyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
  • 15:13

    İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib
    İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib
  • 15:02

    Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsi hazırlanacaq
  • 14:59

    Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər elektron formada həyata keçiriləcək
Menyu