Ana səhifə / Siyasət / Şahbaz Şərif Azərbaycana səfər edəcək Şahbaz Şərif Azərbaycana səfər edəcək 22.05.2025, 18:22 Əsəd Abbaslı Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək. Operativ Media xəbər verir ki, bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb. Məlumata görə, Şahbaz Şərif gələn həftə İran, Azərbaycan və Türkiyəyə səfər edəcək. Bildirilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla son qarşıdurmada göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək. Mənbələr əlavə edib ki, danışıqlarda regional və qlobal problemlərin müzakirəsi də nəzərdə tutulub. Teqlər: "\u015eahbaz \u015e\u0259rif Az\u0259rbaycana s\u0259f\u0259r ed\u0259c\u0259k"